Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

By Medgalchi

Sahə nəzarətçisi

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: - Layihənin memarlıq bölməsinin yoxlanılması və tələb olunan dəyişikliklərin hazırlanması; - Bina və tikililərin memarlıq layihələrinə və baş plana düzəlişlərin işlənməsi, layihələrin vaxtında və keyfiyyətlə icrasına nəzarət; - Layihələndirmə tapşırıqlarının mövcud tikinti normativlərinə uyğunluğunu təmin etmək; - Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasında və smeta hesablamalarında memarlıq həcmlərinin düzgün müəyyənləşdirilməsi; - Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqələndirilməsi və layihə materiallarının optimallaşdırılması; - Tikinti prosesində müəllif nəzarətinin aparılması, materialların və konstruksiyaların normativlərə uyğunluğuna nəzarət; - Normativ materialların hazırlanmasında iştirak; - Görülən işlər üzrə texniki hesabatların hazırlanması. Namizədə tələblər: - Ali təhsil (müvafiq sahə üzrə); - Minimum 3 il iş təcrübəsi; - Azərbaycan dilində səlislik mütləq, ingilis dilində yaxşı səviyyədə danışa bilmək üstünlükdür. - AutoCad, Revit, Excel proqramlarında işləyə bilmək üstünlükdür; - “BoQ” və “Specification” hazırlamaq bacarığı; - İnteryer bitiş detallarını həll etmə bacarığı. Qeyd : Vakansiya rayonlar üzrə layihələrə şamil edilir və dəqiq iş yeri layihələrin gedişatından asılı olaraq təyin ediləcəkdir. İş şəraiti : 09.00 - 18.00 İş qrafiki : I - VI günlər Əmək haqqı müsahibə əsasında namizədin bilik, bacarığına və gözləntisinə əsasən müəyyən ediləcək. 📩 Müraciət üçün: Zəhmət olmasa CV, portfolionuzu və maaş gözləntinizi info@bymedgalchi.com ünvanına göndərin. Portfoliolu CV-lər üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.