Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Expressbank ASC

Pərakəndə bankçılıq departamenti/ Pərakəndə məhsulların yaradılması və inkişafı şöbəsi/ Böyük mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Skorinq hesablama sistemi üzrə statistik təhlillərin aparılması; Yenilənmiş şərtlərin Skorinq hesablama sisteminə sazlanması; Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi; Yeni məhsulların sazlanılması və mövcud məhsulların optimizasiyası prosesində iştirak; Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumatın verilməsi və texniki sifarişlərin yazılması; Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması; Müştəri davranışlarını izləmək/təhlil etmək və bunun əsasında yeni təkliflərin hazırlanması; Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması; Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.); Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi; Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak; Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması; Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflərin verilməsi. Tələblər Ali iqtisadi, Maliyyə və ya texniki təhsil; Pərakəndə satış sektorunda ən azı 3 il təcrübə; MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı; SQL üzrə orta və ya daha yüksək səviyyədə biliklər; Power BI biliklərinin olması əlavə üstünlükdür; Komandada və fərdi şəkildə işləmək bacarığı; Analitik və məntiqi düşünmə qabiliyyəti; Detallara diqqət yetirmə bacarığı; Operativ və çevik qərar qəbul etmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.