Vakansiya haqqında
Təsvir
Əməliyyatların qanuni tələblərə və daxili qaydalara uyğunluğunu təmin edən nəzarət mexanizmlərini təşkil etmək və onların icrasını izləmək;
Əməliyyat riskləri və uyğunsuzluqları müəyyənləşdirib təhlil etmək, aradan qaldırılmasına nəzarət;
Biznes prosesləri və məhsullar üzrə riskləri qiymətləndirmək, məsafədən idarə olunan nəzarət mexanizmlərini hazırlamaq və test etmək;
Aşkarlanmış insidentlərin qeydiyyatını aparmaq, statuslarını izləmək və daxili hesabatların hazırlanmasını təmin etmək;
Mövcud nəzarət mexanizmlərini biznes proseslərinə, qanunvericiliyə və texnoloji dəyişikliklərə uyğun optimallaşdırmaq.
Tələblər
Ali təhsil (Maliyyə, İqtisadiyyat və Riyaziyyat sahələri üzrə);
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
MS Office və Oracle SQL proqramları üzrə bilik və təcrübə;
Bank məhsulları haqqında geniş məlumatlılıq üstünlükdür;
Həcmli məlumatların işlənməsi və nəticələrin hesabat formasında təqdim olunması bacarığı;
Analitik təhlil və kompleks məsələləri həll etmək bacarığı;
Yaxşı səviyyədə ingilis və ya rus dili bilikləri üstünlük təşkil edir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
