Vakansiya haqqında
Təsvir
Mövcud və potensial müştərilərlə gündəlik kommunikasiya və əlaqələrin qurulması;
Müştərilərin sorğu və müraciətlərinin qəbul edilməsi, operativ şəkildə cavablandırılması;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
Satış prosesinin ilkin mərhələlərinin həyata keçirilməsi və müştərilərin satış üzrə mütəxəssislərə yönləndirilməsi;
Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
Mövcud müştərilərlə münasibətlərin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi;
Müştəri məlumatlarının CRM sistemi və daxili bazalarda düzgün qeydiyyata alınması və yenilənməsi;
Təkliflərin, kommersiya məlumatlarının və digər zəruri sənədlərin müştərilərə təqdim edilməsi;
Müştəri şikayət və problemlərinin araşdırılması və aidiyyəti struktur bölmələrlə koordinasiya edilməsi;
Satış və müştəri xidmətləri üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;
Müştəri məlumatlarının məxfiliyinin qorunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
Şirkətin daxili prosedur və müştəri xidməti standartlarına riayət olunması.
Tələblər
Ali təhsil;
Müştəri xidməti, satış və ya əlaqəli sahələrdə iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Güclü ünsiyyət və müştəriyönümlü yanaşma;
Aktiv dinləmə və müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmə bacarığı;
Komandada işləmək və effektiv əməkdaşlıq etmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və operativlik;
Stressli və intensiv iş şəraitində effektiv işləmək bacarığı;
MS Office proqramlarından, xüsusilə Word və Excel-dən istifadə bacarığı;
Öyrənməyə, yeniliklərə və peşəkar inkişafa açıq olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
