Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Rabitəbank ASC

“Rabitəbank” ASC Komplayens departamentinin Komplayens şöbəsinə Aparıcı/Baş mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir “Rabitəbank” ASC Komplayens departamentinin Komplayens şöbəsinə Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Vəzifə öhdəlikləri: Müştərilərdən daxil olan şikayətlərin komplayens riskləri baxımından monitorinqini həyata keçirmək; Şikayətləri müəyyən edilmiş meyarlar əsasında təhlil etmək və komplayens riski yaradan halları müəyyənləşdirmək; Komplayens pozuntusu, maraqlar münaqişəsi, etik davranış qaydalarının pozulması və digər risk əlamətləri olan şikayətləri müəyyən etmək; Zəruri hallarda aidiyyəti struktur bölmələrdən şikayətlərlə bağlı əlavə məlumat və sənədlər tələb etmək; Şikayətlər üzrə müəyyən edilmiş komplayens risklərinin aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq; Şikayətlərin nəticələri üzrə dövri monitorinq və analitik hesabatlar hazırlamaq; Şikayətlərin idarə olunması prosesinin daxili normativ sənədlərə və komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək; Maraqlar münaqişəsinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması prosesində iştirak etmək; Maraqlar münaqişəsi hallarının komplayens risk səviyyəsini qiymətləndirmək; Maraqlar münaqişəsinin idarə olunması ilə bağlı qəbul edilmiş qərarların və müəyyən edilmiş tədbirlərin icrasına monitorinq həyata keçirmək; Maraqlar münaqişəsi reyestrinin aparılmasını təmin etmək; Hədiyyələr reyestrinin aparılmasını təmin etmək; Dövri hesabatlar hazırlamaq. Tələblər Ali təhsil: İqtisadiyyat və ya Hüquq sahəsində; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı səviyyədə, rus dili – arzuolunandır; Analitik düşünmə və problemləri təhlil etmə bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətli və diqqətli yanaşma.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.