Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Unibank ASC

Korporativ Katib

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Müşahidə Şurasının və onun komitələrinin iclaslarının təşkili, gündəliyin formalaşdırılması və koordinasiyası; İclas materiallarının və arayışların struktur bölmələrdən toplanması, sistemləşdirilməsi və vaxtında təqdim edilməsinin təmin edilməsi; Müşahidə Şurası və komitələrin iclas protokollarının, qərarların və çıxarışların hazırlanması və rəsmiləşdirilməsi; Qəbul edilmiş qərarların icra reyestrinin aparılması, icra vəziyyətinin monitorinqi və müvafiq hesabatların hazırlanması; Qərarların icrasında yaranan gecikmələr və risklər barədə müvafiq şəxslərin məlumatlandırılması; Yeni təyin olunmuş Müşahidə Şurası üzvlərinin uyğunlaşma və məlumatlandırma prosesinin təşkili; Səhmdarların Ümumi Yığıncağının təşkili ilə bağlı sənədlərin, gündəliyin və materialların hazırlanmasının koordinasiyası; Səhmdarların Ümumi Yığıncağında qəbul edilmiş qərarların rəsmiləşdirilməsi və icrasının monitorinqi; Müşahidə Şurasının fəaliyyəti ilə bağlı sənədlərin məxfiliyinin, düzgün saxlanmasının və arxivləşdirilməsinin təmin edilməsi; Səlahiyyətləri çərçivəsində korporativ idarəetmə və sənəd dövriyyəsi ilə bağlı digər tapşırıqların icrası. Tələblər Hüquq, iqtisadiyyat, maliyyə, idarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil; Bank və ya maliyyə sektoru, korporativ idarəetmə, hüquq və ya rəhbərliyin inzibati dəstəyi sahəsində minimum 3 il iş təcrübəsi; Müşahidə Şurası, İdarə Heyəti, komitələr, səhmdarların ümumi yığıncağı və ya digər kollegial orqanlarla iş təcrübəsi üstünlükdür; Korporativ idarəetmə prinsipləri və bank qanunvericiliyi üzrə biliklər; İclasların təşkili və protokollaşdırılması, qərarların icrasının izlənilməsi və sənəd dövriyyəsi üzrə təcrübə; Rus dili yüksək səviyyədə, ingilis dili biliyi üstünlükdür; Yüksək təşkilatçılıq, analitik düşüncə, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.