Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Rabitəbank ASC

Kart əməliyyatları departamenti, Kart əməliyyatlarına dəstək şöbəsi- İnspektor

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Kart məhsulları üzrə yaranan overdraft halların gündəlik monitorinqini və təhlilini həyata keçirmək; Müştəri hesabları və kart əməliyyatları üzrə məlumatları yoxlamaq və uyğunsuzluqları müəyyən etmək; Overdraftların düzgünlüyünü və əsaslılığını müəyyən etmək məqsədilə müvafiq əməliyyat və tranzaksiyaların araşdırılmasını həyata keçirmək; Aşkarlanmış problemlər və uyğunsuzluqlar üzrə aidiyyəti struktur bölmələrlə koordinasiya etmək; Overdraftlarla bağlı müraciət və sorğuları araşdırmaq, nəticələrə uyğun olaraq cavabları hazırlamaq; Overdraftlar üzrə müvafiq hesabatların hazırlanmasında və məlumatların sistemləşdirilməsində iştirak etmək; Overdraftların təkrarlanmasının qarşısının alınması məqsədilə təkmilləşdirmə təklifləri hazırlamaq; Daxili prosedur və qaydalara uyğun olaraq digər əlaqəli tapşırıqları yerinə yetirmək. Tələblər Ali təhsil; Kart sahəsində ən azı 1 il iş təcrübəsi ; Kart məhsulları və bank əməliyyatları haqqında ümumi anlayış; Overdraftların və kart əməliyyatlarının təhlili üzrə analitik düşüncə qabiliyyəti; MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; Böyük həcmli məlumatlarla işləmək və məlumatları təhlil etmək bacarığı; Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək diqqət; Problemləri operativ müəyyən etmək və həll yolları təklif etmək bacarığı; Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.