Vakansiya haqqında
Vəzifə funksiyaları
- Bankın məhsul və xidmətləri üzrə rəqəmsal reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimallaşdırılması;
- Rəqəmsal platformalarda reklam kampaniyalarının qurulması və gündəlik monitorinqinin aparılması;
- Reklam büdcələrinin effektiv istifadəsinə nəzarət edilməsi;
- Kampaniyaların nəticələrinin əsas göstəricilər üzrə təhlil edilməsi və müvafiq hesabatların hazırlanması;
- Reklam nəticələrinə əsasən kampaniyaların optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Rəqəmsal kampaniyalar üçün kreativ materialların hazırlanması prosesində iştirak edilməsi və aidiyyəti komandalarla koordinasiyanın təmin olunması;
- Sayt və digər rəqəmsal kanallar üzrə istifadəçi davranışının və konversiyaların izlənilməsi;
- Rəqəmsal marketinq sahəsində yeniliklərin, reklam alətlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi.
Yumşaq bacarıqlar
Məsuliyyət
Nizam intizam
Təşəbbüskarlıq
Aktivlik (enerji, cəldlilik)
Detallara diqqət
Etik davranış
Dürüstlük
Əməkdaşlıq
Yaradıcılıq
Texniki səriştəliklər
- Meta Ads Manager ilə işləmək bacarığı;
- Google Ads platforması üzrə praktiki bilik;
- Google Analytics 4 (GA4) üzrə bilik və analitik hesabatlarla işləmək bacarığı;
- Google Tag Manager və reklam izləmə mexanizmləri haqqında ümumi bilik;
- Looker Studio və mobil tətbiq analitikası alətləri üzrə bilik üstünlük hesab olunur.
Kompüter biliyi
MS Excel - Orta
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
