Vakansiya haqqında
Təsvir
Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Mağaza müdiri axtarılır.
Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
İş şəraiti:
İş qrafiki: Növbəli;
İş yeri: Bakı ərazisi;
Tələblər
Ali təhsil;
Müvafiq vəzifədə ən azı 3 il təcrübə; (Retail sektor üstünlükdür)
Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır;
Kompüter bilikləri (MS Office);
1C proqramı ilə işləmə bacarığı arzu olunandır;
Mükəmməl analitik və təhlil etmə bacarığı;
Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
