Vakansiya haqqında
Middle Content Creator
Biz, dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!
Əsas Öhdəliklər:
• Kontent Strategiyası və Planlama: Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması.
• Yeni müştərilər üçün brifə uyğun yaradıcı ideya və konseptin yaradılması.
• Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
• Kopiraytinq: Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması.
• Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması.
• Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması.
• Çəkiliş prosesində iştirak etmək.
Namizədə dair tələblər:
• Təcrübə: Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
• Portfolio: Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
• Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
• Şəxsi Keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.
İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19:00.
İş rejimi - hibriddir.
Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) redmark.aze@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
