Vakansiya haqqında
Təsvir
İnsan resursları sahəsində praktiki təcrübə qazanmaq və bankda insan kapitalının idarə edilməsi proseslərini yaxından tanımaq istəyirsinizsə, sizi təcrübə proqramımıza dəvət edirik.
Əsas fəaliyyət:
Əməkdaşların şəxsi işlərinin aparılması və sənədlərin sistemləşdirilməsinə dəstək;
ƏMAS sistemi üzrə əməliyyatların həyata keçirilməsində iştirak;
Əməkdaşlara müxtəlif arayışların hazırlanması və təqdim edilməsinə dəstək;
HR sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
İşçi məlumatlarının sistemlərdə yenilənməsi və HR proseslərinin gündəlik fəaliyyətinə dəstək;
İnsan resurslarının inzibati prosesləri ilə tanışlıq.
Təcrübə müddəti: 3 ay
İş qrafiki: Tam iş günü
Tələblər
Ali təhsil;
MS Excel üzrə ilkin/orta səviyyədə biliklər;
Əmək qanunvericiliyi üzrə ilkin biliklərin olması üstünlük hesab edilir;
Sənədlərlə diqqətli işləmək bacarığı;
Məsuliyyətli və intizamlı olmaq;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
