Vakansiya haqqında
Təsvir
Bankdaxili layihələr üzrə GitLab CI/CD proseslərinin inkişaf etdirilməsində iştirak etmək;
Maven, Gradle və Docker build alətləri ilə işləmək;
Manual əməliyyatların Ansible playbook-ları, Shell və Python skriptləri vasitəsilə avtomatlaşdırılmasını həyata keçirmək;
Infrastructure as Code (IaC) yanaşmasının tətbiqində iştirak etmək;
Terraform, Packer və Ansible əsaslı avtomatlaşdırma proseslərinin qurulmasında iştirak etmək;
Linux serverlərinin administrasiyasını həyata keçirmək;
Zabbix, Prometheus, VictoriaMetrics və Grafana monitorinq alətləri ilə işləmək;
Monitorinq dashboard-larının, metriklərin və alert mexanizmlərinin hazırlanmasını təmin etmək;
APM və distributed tracing həllərinin tətbiqi və inkişaf etdirilməsində iştirak etmək;
Yaranan texniki problemləri araşdırmaq və onların səbəblərini təhlil etmək;
Görülən işləri və həyata keçirilən texniki dəyişiklikləri müvafiq qaydada sənədləşdirmək.
Tələblər
DevOps Engineer və ya Linux Engineer vəzifəsində minimum 3 il iş təcrübəsi;
Linux administrasiyası, o cümlədən boot prosesi, systemd, filesystem, LVM, şəbəkə və permission prinsipləri üzrə güclü praktiki biliklər;
Linux, Kubernetes, şəbəkə, tətbiq və monitorinq səviyyələrində troubleshooting aparmaq, performance və availability problemlərini araşdırmaq bacarığı;
Docker və Kubernetes ilə praktiki iş təcrübəsi, Kubernetes administrasiyası üzrə biliklər;
GitLab CI/CD pipeline-larının qurulması və dəstəklənməsi üzrə təcrübə;
Ansible playbook-larının hazırlanması, Bash ilə işləmək və manual proseslərin avtomatlaşdırılması üzrə praktiki bacarıqlar;
Git, reverse proxy və load balancing prinsipləri üzrə biliklər;
Infrastructure as Code (IaC) prinsipləri haqqında anlayış;
Mövcud prosesləri təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək və müvafiq təkliflər irəli sürmək bacarığı;
Tapşırıqları müstəqil şəkildə icra etmək, görülən işləri və texniki dəyişiklikləri düzgün sənədləşdirmək bacarığı;
Terraform və Packer ilə iş təcrübəsi üstünlük hesab olunur;
Helm, GitOps, Argo CD və ya Flux CD ilə iş təcrübəsi üstünlük hesab olunur;
Elasticsearch, Logstash, Kibana və Filebeat ilə iş təcrübəsi üstünlük hesab olunur;
Infrastructure automation məqsədilə Python və ya Golang bilikləri üstünlük hesab olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
