Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

ABB

Strategiya ekspert mərkəzinin aparıcı mütəxəssisi (Risklərin idarə edilməsi üzrə)

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək; Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək; Maliyyə və makro-iqtisadi təhlillər aparmaq və onların nəticəsində proqnozlar formalaşdırmaq; İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək; Qlobal və yerli bazarda risklərin idarə edilməsi və maliyyə sahələrinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq; Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçilər cəlb etmək və onlarla yaxından çalışmaq; Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq; Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək. Bizim üçün uyğun namizəd: Ali təhsilli (Xarici təhsil və ya beynəlxalq sertifikatklar üstünlükdür); Risklərin idarə edilməsi sahəsi üzrə ən azı 1 il iş təcrübəsi olan; Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan; Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır); Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan; Yüksək təqdimat və ünsiyyət qabiliyyəti olan; Komandada işləmə bacarığı olan şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.