Vakansiya haqqında
Görəcəyiniz işlər:
Aktiv kredit portfelinin (Mikro və SME) gündəlik/aylıq/rüblük/illik izlənməsi;
Müştəri üzrə risk skorunun və gecikmə tendensiyalarının təhlili;
Kreditlərin risk qrupları üzrə (standard, watchlist, exit) təsnifatı;
Kreditlərin müddət, məbləğ, gecikmə, sektor və region üzrə analizi;
Kredit portfelində konsentrasiyanın təhlili və məhdudiyyətlərin yoxlanılması;
Problemə düşə biləcək kreditlərin erkən aşkarlanması və müvafiq təkliflərin hazırlanması;
Kreditlərə qoyulan kovenantların icra olunmasının mütəmadi olaraq izlənilməsi;
Monitorinq prosesində bocalanın fəaliyyətində ESG (ətraf mühit, sosial, idarəetmə) risklərinin qiymətləndirilməsi;
Borcalanın kredit tarixçəsində anomaliyaların və uyğunsuzluqların müəyyən edilməsi;
Borcalanın girovlarının vəziyyyətinin yoxlanılması;
Borcalanın maliyyə məlumatlarının ekspertizası;
Sektor və makroiqtisadi göstəricilərin kredit portfelinə təsirinin qiymətləndirməsi;
Monitorinq proseslərinin avtomatlaşdırılması üzrə təkliflərin verilməsi;
Monitorinq nəticələrinə dair aylıq və rüblük hesabatların rəhbərliyə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
Maliyyə, İqtisadiyyat, Bank işi, Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsilə malik;
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığına malik (SQL və Python bilikləri üstünlük təşkil edir);
Bankçılıq, maliyyə analizi, risk menecmenti və ya audit sahəsində 1-3 il iş təcrübəsinə malik;
Güclü analitik təfəkkür və problemləri həll etmə qabiliyyətinə malik;
Maliyyə hesabatlarını oxuma və təhlil etmə bacarığına malik;
Statistik analiz və maliyyə modelləşdirməsi biliklərinə malik;
Komanda işində effektiv işləmək bacarığına malik;
Yüksək səviyyədə təqdimat hazırlama və ünsiyyət bacarıqlarına malik;
Diqqətli, məsuliyyətli və müstəqil işləmə qabiliyyətinə malik;
Vaxtı səmərəli idarə etmə və prioritetləri müəyyən etmə bacarığına malik olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
