Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

AccessBank

Arxiv üzrə Kiçik Mütəxəssis (Lökbatan, axşam növbəsi, layihə əsaslı)

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Bankın arxivinə daxil olan bank sənədlərinin qəbulu və saxlanılması. Bankın departamentlərindən və filiallarından arxivə sənədlərin təhvil verilməsinə dair ərizələrin qəbulu. Bankın sirrini təşkil edən məlumatların üçüncü şəxs(lər)ə bəlli olmasının qarşısının alınması. Üçüncü (kənar) şəxslərin arxiv sahəsinə buraxılmasının qarşısının alınması. Bank sənədlərinin, bank əməkdaşları olmayan şəxslərə ötürülməsinin qarşısının alınması. Sənədlərin qorunub saxlanılması və arxiv sahəsində səliqə-səhman təmin olunması. Arxiv sahəsində sənədlərin şöbə və filial üzrə yerləşdirilməsi. Departamentlətrdən və filiallardan gələn sənədlərin, onlara əlavə edilmiş aktlarla tutuşdurulması. Saxlanma müddəti bitmiş sənədlərin seçilməsi və məhv edilməsi prosesində iştirak etmək. Sənədlərin mühafizəsinə dair tələb olunan bütün normativ hüquqi sənədlərin tələblərinə əməl etmək. Arxiv daxilində əməyin mühafizəsinə və yanğın təhlükəsizli qaydalarına riayət etmək. Arxiv və Adminstrasiya və Təhlükəsizlik departamenti rəhbərləri tərəfindən qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi. Tələblər Ali təhsil; MS Office ilə işləmək bacarığı; Fərdi və komanda tərkibində işləmə bacarığı; İş rejimi: Qrafik üzrə (Həftə içi 5 gün 17:00-dan 00:00-dək, şənbə günü 09:00-dan 18:00-dək)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.