Vakansiya haqqında
Təsvir
Yeni, itirilmiş və aktiv olmayan müştərilərlə telefon vasitəsilə sorğular aparmaq;
Müştərilərə onlayn kreditin orqanik keçid prosesi barədə məlumat vermək və onları düzgün istiqamətləndirmək;
Bank məhsulları və xidmətləri ilə bağlı müştərilərin məlumatlılığını və aktivliyini artırmaq məqsədilə zənglər həyata keçirmək;
Mobil tətbiqin yüklənməsi, onlayn məhsulların istifadəsi və digər funksionallıqlar barədə məlumatlandırıcı zənglər etmək;
Müştəri rəylərini və təkliflərini toplamaq, təhlil üçün aidiyyatı şöbəyə yönləndirmək;
Müştəri məmnunluğunun artırılması və xidmət keyfiyyətinin yüksəldilməsinə yönələn təşəbbüslərdə iştirak etmək;
Müştəri məlumatlarının məxfiliyini qorumaq və daxili qaydalara riayət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
Ali təhsil;
Azərbaycan dili səlis, rus dili arzu olunandır;
MS Office proqramlarını(Excel, Word) bilmək;
Komandada işləmə bacarığı;
Öyrənmə qabiliyyəti;
Ünsiyyətcil və təşəbbüskar olmalı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
