Vakansiya haqqında
AMASS Group olaraq komandamıza Cost Control Specialist axtarırıq!
Əsas vəzifələr
Şirkətin ümumi xərclərinə gündəlik nəzarətin həyata keçirilməsi;
Büdcə və faktiki xərclərin müqayisəsi və təhlili;
Xərclərin optimallaşdırılması və qənaət imkanlarının müəyyən edilməsi;
Departamentlər üzrə xərclərin monitorinqinin aparılması;
Xərc hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Təchizat, xidmət və digər əməliyyat xərclərinin təhlili;
Lazımsız və qeyri-effektiv xərclərin müəyyən edilməsi;
1C proqramında xərclər, alışlar və müvafiq əməliyyatların işlənməsi və uçotunun aparılması;
1C sistemində məlumatların düzgünlüyünə nəzarət və hesabatların hazırlanması;
Namizədə dair tələblər
Ali təhsil — Maliyyə, İqtisadiyyat, Mühasibatlıq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə;
1C proqramında işləmə bacarığı — mütləqdir;
MS Excel proqramında yaxşı səviyyədə bilik;
Xərclərin və maliyyə göstəricilərinin təhlili bacarığı;
Güclü analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
Detallara diqqətli və məsuliyyətli yanaşma;
Müvafiq sahədə 2–3 il iş təcrübəsi.
Vakansiyaya müraciət etmək üçün sanam.ismayilova@amass.az elektron ünvanına CV-nizi göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
