Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Yelo Bank

Kiçik sistem administratoru

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və gündəlik idarə olunması; Linux serverlərində istifadəçi və qrup hesablarının idarə edilməsi; Serverlərin vəziyyətinin və resurs istifadəsinin monitorinqi; Linux sistemlərində proqram təminatlarının, paketlərin və servislərin quraşdırılması, yenilənməsi və idarə edilməsi; Web servislərin (Nginx, Apache və s.) ilkin səviyyədə idarə edilməsi; Serverlərdə yaranan problemlərin araşdırılması və həllində iştirak edilməsi; Görülən işlərin və həll edilmiş problemlərin sənədləşdirilməsi; Backup proseslərinin icrası və monitorinqində iştirak edilməsi; SSL/TLS sertifikatlarının izlənilməsi və vaxtında yenilənməsi; Fiziki və virtual serverlərin idarə olunması və monitorinqində iştirak edilməsi; Sistemlərin yenilənməsi, modernləşdirilməsi və miqrasiya işlərində iştirak edilməsi; İnformasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq sistemlərin təhlükəsizliyinin təmin edilməsində iştirak edilməsi. Tələblər Linux sistem inzibatçılığı üzrə minimum 1 il iş təcrübəsi; Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Ubuntu və s.) üzrə praktiki biliklər; Linux command line, fayl sistemi, permission, user/group management və systemd üzrə biliklər; TCP/IP, DNS, SSH, HTTP/HTTPS və əsas şəbəkə anlayışları üzrə biliklər; Bash/Shell scripting üzrə ilkin biliklər; VMware vSphere/ESXi virtualizasiya mühiti haqqında ilkin bilik və ya praktiki təcrübə; Windows Server əməliyyat sistemləri üzrə ilkin biliklər üstünlükdür; Backup sistemləri, xüsusilə Veeam Backup haqqında ilkin biliklər üstünlükdür; HPE server və storage sistemləri, SAN/NAS texnologiyaları haqqında anlayış üstünlükdür; Monitorinq sistemləri (Zabbix, Prometheus və s.) üzrə ilkin biliklər üstünlükdür; RHCSA və digər Linux/VMware sertifikatlarının olması üstünlükdür; Texniki təhsil arzuolunandır; Analitik düşünmə, problem həll etmə, öyrənməyə həvəs və komandada işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.