Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

EDUGrata Təhsil Mərkəzi

İnkişaf mentoru

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

🔹 Tələbələr, maarifçiliyə marağı olan gənclər üçün yarım ştat ödənişli təcrübə imkanı. 🔴 Vəzifə öhdəlikləri: Şagirdlərin dərs davamiyyətini, imtahan nəticələrini və akademik irəliləyişini mütəmadi izləmək. Təlim-tədris prosesində çətinlik çəkən şagirdləri vaxtında müəyyən edib onlara fərdi öyrənmə istiqaməti vermək. Şagirdlər, fənn müəllimləri və valideynlər arasında effektiv informasiya axınını təmin etmək. Valideynlərin və şagirdlərin rəy və təkliflərini rəhbərliyə çatdırmaq. Şagirdlərin davamlı motivasiyasını yüksək saxlamaq üçün seminarların, sosial fəaliyyətlərin təşkili. 🔸 Müraciət edən gənclərdən gözləntilərimiz: Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları; Öyrənmək və araşdırmaq qabiliyyəti; Vətənini və millətini sevən, özündən yaşda gənc insanımıza yatırım etməyə hazır olan şəxslər; İlk öncə sevməyi və sevdirməyi bacaran şəxslər; İşini bitirmədən ondan əl çəkməyən, işini görən deyil, işini doğru görən şəxslər. ✌️ Bizimlə çalışmağın üstünlükləri: Səmimi və çalışqan bir mühit; Öyrətməyi daim özünə vəzifə bilən rəhbərlik heyəti; Rəsmi qeydiyyat və daim vaxtında ödənilən əmək haqqı. ✅ Şərtlər: Yarım ştat əmək haqqı fiks 200 manat + əlavə bonuslar; Ali məktəbə qəbul imtahanında 500+ bal toplayan tələbələr. 📌 Qeyd: Şagirdlər üçün nümunəvi rol model ola biləcək gənclərin onların gələcəyinə böyük töhfə verəcəyinə inanırıq. Məqsədimiz içində maarifçilik ruhu daşıyan gənclərimizi daha gənc şagirdlərimizlə bir platformada bir araya gətirməkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.