Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

PEAKPİN MMC

Satış təmsilçisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

----YALNIZ XANIM NAMİZƏDLƏR---- PeakPin — Yeni fəaliyyətə başlayan, geolokasiya əsaslı mobil platforma üzərindən yaxınlıqdakı insanlara ətrafdakı biznesləri və təkliflərini göstərir. Şirkət PEAKPİN MMC-dir; komanda indi formalaşır və ilk satış təmsilçilərini axtarırıq. NƏ EDƏCƏKSİNİZ - Təhkim olunmuş Bakı şəhəri üzrə bölgələrdə kafe, restoran, salon, mağaza və digər 40 kateqoriya üzrə biznesləri ziyarət etmək - PeakPin-i təqdim edib obyekti platformaya abunə etmək, - Hər satışı və ziyarəti şirkətin mobil portalında qeyd etmək (3 toxunuş — sadədir), - Abunə olmuş bizneslərin qalıcılığını təmin etmək, müvafiq xidmətlərdən istifadədə köməklik göstərmək. NƏ TƏKLİF EDİRİK - Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı, sosial sığorta — ilk gündən - Sabit əmək haqqı 800 AZN + hər satışdan bonus - Bonus satış sayına görə artır: günün satışlarının 30%-dən 45%-ə qədər, üstəlik hər aktiv abunədən aylıq 3% — məkan abunədə qaldıqca hər ay - Real gəlir nümunəsi: gündə 5 satışla ~1 400 AZN, gündə 8 satışla ~2 300 AZN, 12 satışla ~4 500 AZN (brüt, aylıq) - Aylıq bonus 7 000 AZN-ə qədər - Ödəniş ayda bir dəfə, karta - Öz gəlirinizi portalda hər gün görürsünüz — brüt və net, hesab şəffafdır İŞ QRAFİKİ - Həftədə 6 gün: B.e–Cümə 09:00–17:00, Şənbə 10:00–15:00 - Səhər ofisdə gün planı, sonra sahədə — işin əsas hissəsi məkanlarda keçir - Gündəlik minimum satış norması var (başlanğıc dövr üçün gündə 3 abunə) - Sınaq müddəti 10 gün KİMİ AXTARIRIQ - Ünsiyyətcil, qapıdan içəri girməkdən çəkinməyən - Bakını tanıyan, gün ərzində gəzməyə hazır - Smartfonla rahat işləyən - Satış təcrübəsi üstünlükdür, məcburi deyil — məhsulu öyrədirik - Azərbaycan dili sərbəst; xarici dil üstünlükdür Vakansiya sayı: 10. Bölgələr: Səbail, Nəsimi (2), Yasamal, Nərimanov, Nizami, Xətai, Binəqədi, Sabunçu, Suraxanı–Xəzər. Müraciət üçün CV göndərin və ya «Müraciət et» düyməsinə basın. Uyğun namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.