Vakansiya haqqında
Təsvir
Biznes və məhsul komandası ilə işləyərək data əsaslı qərarların qurulmasına dəstək olunması;
BI alətləri ilə interaktiv dashboardların hazırlanması və onların daim inkişaf etdirilməsi;
SQL ilə məlumatların çıxarılması, analiz edilməsi və performansın yaxşılaşdırılması;
Kampaniyaların effektivliyinin ölçülməsi və optimallaşdırma üçün təkliflərin verilməsi;
Elektron Kommersiya üzrə əsas göstəricilərin (conversion, LTV, CAC və s.) analiz edilməsi;
İstifadəçi davranışının araşdırılması və satışların artması üçün imkanların tapılması;
Developer və data komandası ilə birlikdə data strukturunun inkişafına dəstək olunması;
Komanda üçün data ilə işləməyin sadələşdirilməsi və hesabatların istifadəsinin yayılması.
Tələblər
Data analitika sahəsində minimum 2 il təcrübə;
SQL biliyi və real işdə istifadə təcrübəsi;
Excel ilə əminliklə işləmə bacarığı;
Statistik düşüncə və analiz bacarığı;
Elektron Kommersiya metrikalarını başa düşmək (conversion funnel, LTV, CAC və s.);
Google Analytics 4 və GTM ilə işləmə təcrübəsi;
Python və AWS bilikləri üstünlükdür;
Güclü ünsiyyət və fikri sadə izah etmə bacarığı;
Detallara diqqət və yüksək dəqiqlik;
Azərbaycan və rus dillərində sərbəstlik;
İngilis dili – minimum Intermediate.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
