Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Kontakt Home

Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis/ aparıcı mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlər, çıxış nitqləri, məqalə, reklam mətnləri, bloq yazıları və vebsayt məzmunlarının yazılması, ehtiyac olduqda redaktə edilməsi; Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi; PR materiallarının KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması; PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi; PR layihələrinin büdcələndirilməsində iştirak edilməsi; KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması; Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak və böhran kommunikasiyalarının effektiv idarə edilməsi; Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili; Əməkdaşlara yönəlik PR layihələri ilə bağlı Daxili kommunikasiya strategiyasının tətbiqində iştirak edilməsi; Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi; Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə dəstək göstərilməsi; Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının bazara salınması və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyaların təklif edilməsi; Tədbirlərin təşkili, keçirilməsinə nəzarət və effektivliyin dəyərləndirilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, təqdimatlar və s.) Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi; Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00. Tələblər Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür; Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli; Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti; Kommunikasiya və təqdimat bacarığı; Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı; İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı; Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.