Vakansiya haqqında
SATIŞ NÜMAYƏNDƏSİ / FIELD SALES REPRESENTATIVE
Sahə: Kuryer şirkətimiz üçün apteklərlə müqavilələrin bağlanması
Vəzifə öhdəlikləri
Bakı üzrə aptekləri mütəmadi ziyarət etmək;
Yeni apteklər tapmaq və əməkdaşlıq qurmaq;
Aptek rəhbərləri və məsul şəxslərlə görüşlər keçirmək;
Yeni satış nöqtələri cəlb etmək;
Gündəlik ziyarət və satış nəticələri barədə hesabat təqdim etmək;
Satış planı və KPI-lara uyğun işləmək;
Rəqibləri və bazardakı qiymətləri/məhsulları izləmək.
Namizədə tələblər
Satış sahəsində təcrübə arzuolunandır;
Aktiv və ünsiyyətcil olmaq;
İnsanlarla rahat kommunikasiya qurmaq;
İnandırma və təqdimat bacarığı;
Nəticəyönümlü və məsuliyyətli olmaq;
Bakı şəhərini və ərazilərini yaxşı tanımaq;
Smartfon və WhatsApp-dan rahat istifadə etmək;
Apteklərlə işləmək təcrübəsi üstünlükdür;
Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür.
Xanım namizədlərə üstünlük verilir.
Biz nə təklif edirik?
Sabit əmək haqqı + satışdan bonus;
Satış nəticəsinə uyğun əlavə gəlir imkanı;
Mobil rabitə və iş üçün tələb olunan xərclərin qarşılanması;
Peşəkar və inkişaf edən komandada işləmək;
Karyera və gəlir artımı imkanı.
Əsas KPI
Namizədin əsas məqsədi sadəcə aptek ziyarət etmək deyil, real satış və yeni müştəri gətirməkdir.
Əsas göstəricilər:
Gündəlik aptek ziyarətlərinin sayı;
Yeni əlaqəyə girilən apteklər;
Yeni müqavilə/satış gətirilən apteklər;
Aylıq satış dövriyyəsi;
Təkrar sifarişlərin sayı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
