Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

ABB

Rəqəmsal marketinq üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: Bankın brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası; Rəqəmsal kanallar vasitəsilə bank brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi; Bankın sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi; Bankın korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi; Bankın rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi; Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi; Kreativ və rəqəmsal agentliklərlə işin koordinasiyası, kontent üzrə brief-lərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icraya nəzarət edilməsi; Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması; Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin bankın brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması; Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak; SEO üzrə on-site işlərin icrası. Bizim üçün uyğun namizəd: Ali təhsilə (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır); Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığına (rus dili arzuolunandır); MS Office proqramlarında sərbəst iş bacarığına; Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığına; Google Analytics və Google Tag Manager üzrə biliklərə; Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübəyə; Güclü ünsiyyət və təqdimat bacarıqlarına; Analitik düşüncə və problem həll etmə qabiliyyətinə; Bank sektorunda və ya bank məhsulları ilə iş təcrübəsinə (üstünlükdür); DMI və ya bənzər sertifikatlara (üstünlükdür); Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsinə sahib olan şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.