Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Kontakt Home

İmtinalara nəzarət və kredit şərtlərinin inkişafı üzrə qrup rəhbəri

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Kredit imtinalarının səbəb strukturunun mütəmadi təhlili, tendensiyaların və kənarlaşmaların müəyyən edilməsi; İmtina səbəbləri siyahısının idarə edilməsi: mövcud səbəblərin aktuallığının və düzgünlüyünün yoxlanılması,yeni səbəblərin əlavə edilməsi və qüvvədən düşmüş səbəblərin deaktiv edilməsinin təşkil olunması; Kredit şərtlərinin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin hazırlanması və Direktor müavininə təqdim olunması; İmtina qərarlarının keyfiyyətinə nəzarət sisteminin qurulması və idarə olunması (təkrar yoxlama, zəng yazılarının seçmə yoxlanışı, imtina–satış uyğunlaşdırması); Səlahiyyəti çərçivəsində imtina qərarlarına yenidən baxılması və müvafiq qərarın verilməsi; Kreditorlar üzrə fərdi göstəricilərin izlənməsi və aşağı nəticə göstərən əməkdaşlarla iş planının müəyyən edilməsi; Kreditorların attestasiya proqramının məzmununun hazırlanması və keçirilməsində iştirak edilməsi; Mağaza rəhbərlərindən və digər şöbələrdən daxil olan müraciətlərin araşdırılması və cavablandırılması; Qrupun gündəlik işinin təşkili, tapşırıqların bölüşdürülməsi və icra keyfiyyətinə nəzarət olunması; Həftəlik və aylıq hesabatların hazırlanaraq Direktor müavininə təqdim olunması; Satışda yaranmış xətaların və yeni hesabat tələblərinin İT bölməsi ilə əlaqələndirilməsi və nəticələrin qəbul olunması. Tələblər Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və ya oxşar sahə); Kredit, risk, analitika və ya əməliyyat idarəetməsi sahəsində 1 il iş təcrübəsi; Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilini bilməsi arzu olunandır; Microsoft Office (yüksək səviyyədə Excel) GNİ ,Mikro ERP

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.