Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Bank Respublika ASC

İdarəetmə analitikası şöbəsi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Bankın müxtəlif biznes istiqamətləri üzrə məlumatların təhlil edilməsi, mövcud problemlərin və inkişaf imkanlarının müəyyənləşdirilməsi; Böyük həcmli məlumatların SQL, Python və digər analitik alətlər vasitəsilə emalı, təhlili və interpretasiyası; Məlumatlar əsasında əsas tendensiyaların, səbəb-nəticə əlaqələrinin və biznesə təsir edən faktorların müəyyən edilməsi; Rəhbərliyin və biznes sahiblərinin qərarvermə prosesini dəstəkləyən data əsaslı analizlərin, hesabatların və tövsiyələrin hazırlanması; Biznes problemlərinin strukturlaşdırılması, uyğun analitik yanaşmanın və həll alqoritminin müəyyən edilməsi; Müxtəlif mənbələrdən əldə olunan məlumatların birləşdirilməsi, keyfiyyətinin yoxlanılması və analiz üçün hazırlanması; KPI-ların və biznes göstəricilərinin müəyyənləşdirilməsi, hesablanması, monitorinqi və dəyişiklik səbəblərinin təhlili; Power BI və digər vizuallaşdırma alətləri vasitəsilə interaktiv dashboard və idarəetmə hesabatlarının hazırlanması; Excel vasitəsilə operativ və kompleks biznes analizlərinin, modellərin və hesabatların hazırlanması; Mövcud biznes proseslərinin effektivliyinin qiymətləndirilməsi və optimallaşdırma imkanlarının müəyyən edilməsi; Analiz nəticələrinin biznes tərəfinə və rəhbərliyə aydın, strukturlaşdırılmış və qərarverməyə yararlı formada təqdim edilməsi; Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların düzgün müəyyənləşdirilməsi və onların data əsaslı həllərə çevrilməsi; Qəbul edilən qərarların və həyata keçirilən dəyişikliklərin nəticələrinin sonradan ölçülməsi və təsir analizinin aparılması. Tələblər Güclü analitik və məntiqi düşünmə bacarığı; Kompleks biznes problemini strukturlaşdırmaq, əsas səbəbi müəyyən etmək və mümkün həll yollarını formalaşdırmaq bacarığı; Məlumatlara yalnız hesabat səviyyəsində deyil, biznes kontekstindən yanaşmaq və rəqəmlərin arxasındakı səbəbləri müəyyən edə bilmək; SQL üzrə yaxşı praktiki biliklər və böyük həcmli məlumatlarla işləmək bacarığı; Python ilə data analitikası üzrə praktiki biliklər; Pandas, NumPy və analoji data analytics kitabxanaları ilə işləmə təcrübəsi; Microsoft Excel üzrə yüksək səviyyəli biliklər və analitik modellərin qurulması bacarığı; Power BI və ya digər BI/data visualization alətləri ilə işləmə bacarığı; KPI, trend, müqayisəli analiz, segmentasiya, səbəb-nəticə analizi və digər analitik yanaşmalar barədə anlayış; Biznes tələblərini analitik tapşırığa çevirmək və uyğun metodologiya seçmək bacarığı; Data əsasında hipotez qurmaq, onu yoxlamaq və nəticələrdən əsaslandırılmış qərarlar çıxarmaq bacarığı; Problemlərə sistemli, analitik və həll yönümlü yanaşma; Analiz nəticələrini texniki olmayan auditoriyaya sadə və anlaşılan formada təqdim etmək bacarığı; Müstəqil araşdırma aparmaq, qeyri-müəyyən situasiyalarda düzgün suallar formalaşdırmaq və həll yolunu müəyyən etmək bacarığı. Üstünlük hesab olunur Bank və ya maliyyə sektorunda analitik təcrübə; Statistik analiz və data modelling üzrə biliklər; A/B testing, forecasting, customer segmentation və digər advanced analytics yanaşmaları ilə tanışlıq; Analitik proseslərin Python və ya digər vasitələrlə avtomatlaşdırılması təcrübəsi; Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.