Vakansiya haqqında
Təsvir
Kreditorlar tərəfindən imtina edilmiş müraciətlərin araşdırılması və nəticələrin qeydə alınması;
İmtinadan sonra təsdiqlənmiş kreditlərin təhlili və səhv imtina hallarının müəyyən edilməsi;
Kreditorların zəng yazılarının seçmə qaydada dinlənilməsi və qiymətləndirilməsi;
İmtina səbəbləri üzrə gündəlik və həftəlik hesabatların hazırlanması;
Mağaza rəhbərlərindən daxil olan bildirişlərin araşdırılması və cavablandırılması;
Prosedurla bağlı yaranmış sualların cavablandırılması;
Kredit şərtlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
Aşkarlanmış sistem və qayda boşluqlarının qeydə alınaraq qrup rəhbərinə təqdim olunması.
Tələblər
Ali təhsil
Müvafiq sahə üzrə iş təcrübəsi – 1 il (kreditor vəzifəsində təcrübə arzu olunandır)
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
Microsoft Office, 1C, Mikro ERP
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
