Vakansiya haqqında
Təsvir
Gündəlik Vergi, DSMF, İşsizlik və Məcburi Tibbi Sığorta sərəncamların yüklənməsi, emalı və monitorinqi;
Gündəlik Vergi, DSMF, İşsizlik, Məcburi Tibbi Sığorta, İnkasso, Həbs və Gömrük sifarişlərini monitorinq etmək;
ABS-də "operator\yaddaşa vurma" funksiyasından cavabdeh şəxs olaraq sərəncamları icra etmək;
Vergi, Məhkəmə və digər nümayəndələrə sənədlərin təhvil verilməsini və qəbul edilməsinə dair protokol sənədin təşkil etmək;
Nəzarət orqanları üçün müvafiq məlumatları toplamaq;
Vergi orqanları ilə bağlı məsələlərin həll edilməsinə dəstək olmaq;
Vergi, DSMF, İşsizlik, Məcburi Tibbi Sığorta, Gömrük və Məhkəmə qərarlarını (sərəncamları) icra etmək;
"İnkasso" sifarişlərinin / sanksiyalarının etibarlılığına nəzarət etmək;
Nəzarət orqanlarının sorğularını düzgün və vaxtında cavablandırmaq;
Vergi bildirişlərinin qeydiyyata alınması, cavablandırılması və vergi ödəyicilərinə daxil olan bildirişlər barədə məlumatlandırılması;
Açılmış və bağlanmış hesablar barədə vergiyə ötürülmüş məlumatın monitorinqi;
Vergi məsələləri ilə bağlı hüquqi monitorinqin aparılmasına dəstək olmaq.
Tələblər
Təhsil: İqtisadiyyat sahəsində (və ya digər uyğun sahə) ali təhsil (bakalavr);
Tələb olunan iş təcrübəsi: minimum 1 il;
Xarici dillər: İngilis (işlək);
Kompüter bilikləri: Microsoft Office.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
