Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Emsan

Rəqəmsal (Digital) Marketinq üzrə təcrübəçi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Əsas vəzifələr: • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq; • Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək; • Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək; • Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək; • Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq; • Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq; • Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək; • Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq; • Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək; • Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq; İş şəraiti: • Əmək haqqı: 200 azn Nett əmək haqqı (Şirkət tərəfindən verilir) • İş yeri: Bakı şəhəri, 25 Plaza; • İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə); • Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir. Namizədə tələblər: • Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər; • Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi; • Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür; Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür. • SEO və SEM haqqında ümumi anlayış; • Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı; • Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq; • Öyrənməyə açıq və inkişafyönümlü olmaq; • Yaradıcı və təşəbbüskar yanaşma; • Komanda ilə işləmək bacarığı; • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq. Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini hr@emsan.com.az ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.