Vakansiya haqqında
Partnership Manager
24/7 komandamıza Partnership Manager axtarırıq.
Bu vəzifədə əsas fokusumuz 24/7 tətbiqi üçün yeni tərəfdaşlıqlar qurmaq və platformaya bizneslər, brendlər və müxtəlif şirkətləri cəlb etməkdir. Bununla yanaşı, 24/7-nin media və podcast layihələri üçün reklam və sponsorluq əməkdaşlıqlarının yaradılması da vəzifənin əsas istiqamətlərindən biri olacaq.
Vəzifə öhdəlikləri
24/7 tətbiqi üçün yeni biznes və şirkət tərəfdaşlarının cəlb edilməsi
Potensial tərəfdaşların araşdırılması və yeni əlaqələrin qurulması
Şirkət və brendlərlə görüşlərin və danışıqların aparılması
Tərəfdaşlıq modellərinin və kommersiya təkliflərinin hazırlanması
Əməkdaşlıqların razılaşdırılması və müqavilə mərhələsinə qədər idarə olunması
24/7 üçün yeni biznes və gəlir imkanlarının yaradılması
Reklam və sponsorluq əməkdaşlıqlarının cəlb edilməsi
Podcast və digər media layihələri üçün kommersiya tərəfdaşlarının tapılması
Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi
Aylıq hədəflər üzrə işləmək və nəticələri izləmək
Namizədə tələblər
Partnership, Business Development, Sales, Account Management və ya əlaqəli sahədə təcrübə
Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı
Yeni müştəri və tərəfdaşlar cəlb etmək bacarığı
Satış və kommersiya düşüncəsi
Təşəbbüskarlıq və nəticəyönümlülük
Müstəqil işləmək və yeni imkanlar yaratmaq bacarığı
Əsas gözləntimiz
24/7 tətbiqinə real tərəfdaşlar gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və bu əməkdaşlıqları gəlir gətirən nəticələrə çevirmək.
Əməkhaqqı namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı müzakirə olunacaq.
Əgər nəticəyönümlü və yeni biznes imkanları yaratmağı bacaran birisənsə, CV-ni bizimlə paylaş
📩 nel@247app.com
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
