Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Positive Psychology Center

Koordinator

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

VAKANSİYA: ÜMUMİ İŞLƏR ÜZRƏ KOORDİNATOR Psixologiya sahəsində fəaliyyət göstərən mərkəzimiz komandasına məsuliyyətli və təşkilatçılıq bacarığı yüksək olan ümumi işlər üzrə koordinator axtarır. Vəzifə öhdəlikləri: * Mərkəzin gündəlik inzibati və təşkilati işlərinin əlaqələndirilməsi; * Şöbələr və əməkdaşlar arasında operativ kommunikasiyanın təmin edilməsi; * Görüşlərin, tədbirlərin və daxili proseslərin təşkil olunması; * Sənədləşmə, rəsmi yazışma və hesabatların hazırlanması; * Ofis ehtiyaclarının müəyyənləşdirilməsi və təminat işlərinin koordinasiyası; * Tapşırıqların icra vəziyyətinin izlənilməsi; * Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi. Namizədə tələblər: * Ali təhsil; * Koordinator, inzibatçı və ya ofis meneceri kimi iş təcrübəsi; * Yüksək təşkilatçılıq və vaxtı idarəetmə bacarığı; * Eyni anda bir neçə işi koordinasiya etmək qabiliyyəti; * MS Office proqramlarında işləmək bacarığı; * Məsuliyyətli, operativ, çevik və komandada işləməyə açıq olmaq. Biz nə təklif edirik? * Peşəkar və pozitiv iş mühiti; * Karyera və şəxsi inkişaf imkanları; * Təlimlərdə iştirak imkanı; * Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə müəyyən ediləcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.