Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Son yoxlamadan ən azı 3 gün keçib. Elanın aktuallığını mənbədə yoxlayın.

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

BestStudy

IELTS müəllimi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Namizədə tələblər: IELTS üzrə minimum 2 il iş təcrübəsi; Müxtəlif yaş qrupları ilə fərdi və qrup şəklində IELTS dərsləri keçmək təcrübəsi; Minimum IELTS 7.5 və ya ekvivalent beynəlxalq dil sertifikatı; TKT, TESOL, TEFL və digər beynəlxalq sertifikatların olması üstünlükdür; Güclü kommunikasiya və təqdimat bacarığı; Məsuliyyətli, punktual və nəticəyönümlü yanaşma; Müasir tədris metodlarından istifadə bacarığı. Əsas vəzifələr: Fərdi və qrup şəklində IELTS dərslərinin keçirilməsi; Tələbələrin səviyyəsinə və məqsədlərinə uyğun tədris proqramının hazırlanması; IELTS Reading, Listening, Writing və Speaking bölmələri üzrə effektiv hazırlığın aparılması; Tələbələrin nəticələrinin mütəmadi qiymətləndirilməsi və inkişafının izlənilməsi; Dərs materialları, sınaq imtahanları və tapşırıqların hazırlanması; Tələbələrin IELTS imtahanına sistemli və nəticəyönümlü şəkildə hazırlanması; Tədris şöbəsi ilə koordinasiyalı şəkildə işləmək. İş şərtləri: Əmək haqqı: Təcrübə və nəticələrə əsasən rəqabətədavamlı maaş; İş qrafiki: Bazar ertəsi – Cümə 10:00–17:00, Şənbə 10:00–15:00; Bazar: İstirahət günü; Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilir; Peşəkar və inkişafyönümlü iş mühiti; Təlim və inkişaf imkanları. Uyğun namizədlər CV-lərini “IELTS Müəllimi” başlığı ilə office@beststudy.az elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.