Vakansiya haqqında
Əsas vəzifələr:
Tələbə və valideynlərə xaricdə təhsil, universitetlər, ixtisaslar və qəbul prosesi barədə məlumat vermək;
Tələbənin profilinə uyğun ölkə, universitet və proqram seçimi üzrə konsultasiya aparmaq;
Xarici universitetlər, proqramlar, qəbul şərtləri, təqaüdlər və viza tələbləri üzrə araşdırmalar aparmaq;
Universitet müraciətlərinin hazırlanması, təqdim edilməsi və prosesin izlənilməsini təmin etmək;
Tələbələrin müraciət formalarının doldurulmasına və sənədlərin hazırlanmasına dəstək olmaq;
Diplom, transkript, CV, motivasiya və tövsiyə məktubları və digər sənədləri yoxlamaq;
Xarici universitetlərlə rəsmi yazışmalar aparmaq və əlavə sənəd tələblərini izləmək;
Qəbul tarixlərini, deadline-ları və təqaüd imkanlarını mütəmadi izləmək;
Tələbələrin müraciət statuslarını sistemdə yeniləmək və görülən işlər üzrə hesabat hazırlamaq.
Namizədə tələblər:
Ali təhsil;
Xaricdə təhsil və ya əlaqəli sahədə 1–3 il iş təcrübəsi;
Avropa ölkələri, Asiya və ABŞ-ın təhsil sistemi və qəbul prosesləri barədə məlumatlı olmaq;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
İngilis dili minimum B1; rus və digər xarici dillər üstünlükdür;
Güclü ünsiyyət, araşdırma və analitik düşünmə bacarığı;
Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq;
MS Office proqramlarında işləmək bacarığı;
Komandada işləmək bacarığı.
İş şərtləri:
Tam ştat;
Bazar ertəsi – Cümə günləri 10:00–17:00, Şənbə günü 10:00–15:00.
Bazar günü istirahət;
Əmək haqqı: Təcrübə və bacarıqlara əsasən;
Performansa əsaslanan bonus sistemi.
Biz nə təklif edirik?
Dinamik və peşəkar komandada çalışma imkanı;
Karyera yüksəlişi;
Xarici təhsil sahəsində peşəkar inkişaf;
Şirkətin xidmətlərindən xüsusi şərtlərlə yararlanmaq imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
