Vakansiya haqqında
Vəzifə - İCRAÇI KATİB
MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6
Vəzifənin məqsədi: Birliyin gündəlik inzibati fəaliyyətini təşkil etmək, üzvlərlə və xarici tərəfdaşlarla əlaqələri koordinasiya etmək, sədrin və İdarə Heyətinin qərarlarının icrasını təmin etmək.
Öhdəliklər:
Üzv reyestrinin aparılması və aktual saxlanması; üzvlük ərizələrinin qəbulu və İdarə Heyətinə təqdim edilməsi; üzvlük haqlarının ödənilməsinə nəzarət, borclar barədə xatırlatmaların göndərilməsi; yeni üzvlərin cəlb edilməsi kampaniyalarının icrası.
Ümumi yığıncaqların və İdarə Heyəti iclaslarının çağırılması üzrə texniki, təşkilati hazırlıq: dəvətlərin göndərilməsi, gündəliyin və materialların paylanması, iclasların protokollaşdırılması, protokolların imzalanmasının və arxivləşdirilməsinin təmin edilməsi; qəbul edilmiş qərarların icrasının izlənməsi.
Daxil olan və göndərilən məktubların qeydiyyatı; dövlət orqanlarına, tərəfdaş təşkilatlara və üzvlərə ünvanlanan rəsmi məktubların layihələrinin hazırlanması və sədrin imzasına təqdim edilməsi; Birliyin sənəd arxivinin aparılması.
TƏLƏBLƏR:
Ali təhsil (hüquq, iqtisadiyyat, səhiyyə təşkili və ya inzibati sahə üstünlükdür);
Azı 2 il inzibati / ofis-menecment təcrübəsi;
Azərbaycan dilində səlis yazılı ünsiyyət (rus və ingilis dilləri üstünlükdür);
MS Office proqramları ilə sərbəst işləmə;
Əczaçılıq və ya səhiyyə sektoru ilə tanışlıq üstünlük sayılır.
MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
