Vakansiya haqqında
UpGrade Education & Consulting partnyor axtarır: Xaricdə təhsil üzrə mütəxəssis (Bakalavr, Master & Təqaüd)
Biz işçi yox, partnyor axtarırıq, öz nəticəsinə görə qazanan, işini ürəkdən sahiblənən birini.
UpGrade Education & Consulting 2019-cu ildən tələbələri dünyanın aparıcı universitetlərinə göndərir. İndi komandamıza bakalavr və magistr qəbulları, təqaüd strategiyaları üzrə güclü bir mütəxəssis axtarırıq.
Nə iş görəcəksən:
Tələbələr üçün bakalavr və magistr proqramları, təqaüd strategiyaları qurmaq
Avropa, Asiya və digər əsas təhsil regionları üzrə universitet və dövlət təqaüdlərinə müraciətlər hazırlamaq
Tələbənin profilinə uyğun universitet, proqram və təqaüd seçmək
Müraciət sənədlərini koordinasiya etmək (motivasiya və tövsiyə məktubları bizim tərəfimizdən təmin olunur)
Tələbələrə və rəhbərliyə həftəlik hesabat vermək
Kimi axtarırıq:
Xaricdə təhsil sahəsində minimum 2 il təcrübə
Təqaüdlər üzrə real təcrübə (DAAD, Erasmus Mundus, Swedish Institute və universitet daxili təqaüdlər)
Çox güclü araşdırma bacarığı, yeni proqramları, deadline-ları və təqaüd imkanlarını özün tapıb dərinə gedə bilməlisən
Yüksək intizam və məsuliyyət hissi
Viza prosesindən xəbərdar olmaq böyük üstünlükdür
İngilis dili minimum B2, Rus dili üstünlükdür
Güclü ünsiyyət bacarığı və analitik düşüncə
Şərtlər:
Hibrid — Bakı (əyani + onlayn)
Tam ştat üstünlükdür, yarımştat da mümkündür
Sabit maaş yox — nəticəyə əsaslanan partnyorluq modeli. Qazancın tamamilə nəticənə bağlıdır və yuxarı həddi yoxdur; güclü mütəxəssis burada bazar ortalamasından qat-qat çox qazanır. Detalları müsahibədə danışırıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
