Vakansiya haqqında
Bompani komandamıza Satış Meneceri axtarır.
Fəaliyyət sahəmiz quraşdırılan mətbəx texnikasıdır. Bu vəzifədə çalışan əməkdaş yalnız məhsul satışı ilə deyil, həmçinin mətbəx mebeli, texniki uyğunluq və müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimi ilə bağlı biliklər əldə edir.
Şirkətimizdə əməkdaşlara etibar və sərbəst işləmə mühiti yaradılır. Buna görə də bu vəzifə özünü idarə etməyi bacaran, məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq namizədlər üçün xüsusilə uyğundur.
Məqsədimiz yalnız satış həyata keçirən əməkdaş deyil, zamanla komandaya real dəyər qatan və etibar olunan peşəkar satış mütəxəssisləri yetişdirməkdir.
Vəzifə öhdəlikləri
Mağazaya müraciət edən müştərilərə məhsulların təqdimatını həyata keçirmək
Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun mətbəx texnikasının seçilməsinə kömək etmək
Məhsulların texniki xüsusiyyətlərini, funksiyalarını və üstünlüklərini izah etmək
Müştəriyə fərdi təkliflər hazırlamaq, təqdim etmək və satış prosesini izləmək
Satışı uğurla yekunlaşdırmaq və sifarişləri rəsmiləşdirmək
Mövcud və potensial müştərilərlə peşəkar və düzgün ünsiyyət qurmaq
Müştəri müraciətlərini və satış proseslərini vaxtında təqib etmək
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və tələb olunan qaydada yerinə yetirmək
Görülən işlər üzrə gündəlik və həftəlik hesabatlar hazırlamaq
Bazar və rəqib araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini analiz etmək
Tələblər
Satış sahəsində iş təcrübəsi arzuolunandır
Güclü ünsiyyət və təqdimat bacarığı
Müştəri yönümlü yanaşma
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Aktiv, çevik və təşəbbüskar olmaq
Məsuliyyətli və nizam-intizamlı olmaq
Müstəqil işləməyi və özünü idarə etməyi bacarmaq
Yeni məhsul və texniki məlumatları öyrənməyə həvəsli olmaq
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
Rus dili biliyi üstünlükdür
İş şəraiti
İş qrafiki: 6 günlük, 09:00–19:00
İş yeri: Bakı şəhəri, N.Yusifbəyli küç. 42C
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Şirkətdaxili təlim və inkişaf imkanları
Karyera yüksəlişi imkanı
Peşəkar və inkişaf yönümlü iş mühiti
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
