Vakansiya haqqında
Komandamıza General English müəllimi axtarırıq!İngilis dilini tədris etməyi sevən, biliklərini tələbələrlə bölüşməyə həvəsli, peşəkar və inkişaf yönümlü müəllim axtarışındayıq!
Əgər pedaqoji fəaliyyətə sevgi ilə yanaşırsansa, müasir tədris metodlarından istifadə etməyi bacarırsansa və tələbələrin inkişafına töhfə vermək istəyirsənsə, komandamıza qoşul!
Namizədə dair tələblərİngilis dili biliyinin minimum C1 səviyyəsində olması;
Müvafiq ixtisas üzrə ali təhsilin olması;
Aidiyyəti sahədə minimum 1-3 il iş təcrübəsi;
Tədris prosesinə həvəsli, məsuliyyətli və yeniliklərə açıq olmaq;
Tələbələrlə effektiv ünsiyyət qurmaq və dərsləri maraqlı şəkildə təşkil etmək bacarığı.
İş şərtləriİş günləri: 1-6-cı günlər, bazar günü istirahət;
İş rejimi: Tam ştat;
Minimum əməkhaqqı: 1000 AZN.
Bizimlə çalışmağın üstünlükləriFərdi və komanda şəklində peşəkar inkişaf imkanları;
Pedaqoji heyət üçün mütəmadi təlim və inkişaf proqramları;
Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz yararlanmaq imkanı.
Qeyd: Rus dili biliyi olan namizədlərə üstünlük veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
