Vakansiya haqqında
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 16:30 (Bazar ertəsi –
Cümə)
Tələblər:
Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr
təhsili.
Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə
bilmək.
Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik
olmaq.
Müəllimlik təcrübəsi, xüsusilə ibtidai sinif şagirdləri ilə iş
təcrübəsi üstünlükdür.
Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv
və effektiv təlim metodlarından istifadə etmək bacarığı.
Sinfin idarə
olunması və effektiv ünsiyyət bacarıqları.
Kahoot, Blooket, Wordwall və
digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı.
Dərs
planlarının və tədris materiallarının hazırlanması bacarığı.
Güclü
təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Öhdəliklər:
1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil
bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək.
Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və
ilkin dil bacarıqlarını inkişaf etdirmək.
Şagirdlərin dinləmə, danışma,
oxu və yazı bacarıqlarını inkişaf etdirmək.
Dərslərdə interaktiv,
yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək.
Kahoot,
Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək.
Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış
etmək.
Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə
şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək.
Biz təklif edirik:
Rəqabətədavamlı əməkhaqqı
Məktəbin
yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin
olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim
imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki,Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Ərəb dili müəllimi” vəzifəsini qeyd etməyiniz
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
