Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi →

Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)

Maaş göstərilməyib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Vakansiya: Ərəb dili müəllimi İş yeri və iş qrafiki Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151; İş qrafiki: 5 iş günü, saat 08:00–16:30 (Bazar ertəsi – Cümə). Namizədə aid tələblər Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr təhsili; Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə bilmək; Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik olmaq; Müəllimlik təcrübəsi, xüsusilə ibtidai sinif şagirdləri ilə iş təcrübəsi üstünlükdür; Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv və effektiv təlim metodlarından istifadə etmək bacarığı; Sinfin idarə olunması və effektiv ünsiyyət bacarıqları; Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı; Dərs planlarının və tədris materiallarının hazırlanması bacarığı; Güclü təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı. Əsas vəzifə öhdəlikləri 1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək; Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və ilkin dil bacarıqlarını inkişaf etdirmək; Şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək; Dərslərdə interaktiv, yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək; Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək; Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış etmək; Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək. Şirkət tərəfindən təklif olunur Rəqabətədavamlı əməkhaqqı; Məktəbin yeməkxanasında nahar imkanı; Ödənişsiz dayanacaq yeri ilə təmin olunma; Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.