Vakansiya haqqında
Struktur bölmə: Layihə üzrə kabel, montaj və icra sektoru
Tabeçilik: Sektor müdiri (Baş montajçı)
İşin təsviri
Elektrik təchizatı və fasiləsiz enerji təchizatı (UPS) sistemləri üzrə layihələrin
texniki həllərini hazırlamaq, layihələndirmə və texniki hesablamaları həyata keçirmək.
Elektrik sistemləri üzrə çertyojları, elektrik sxemlərini və digər texniki layihə sənədlərini
hazırlamaq və yeniləmək.
Elektrik, UPS və əlaqəli sistemlər üzrə iş
həcmlərinin cədvəlini (BoQ), material, avadanlıq və komponent siyahılarını hazırlamaq.
Texniki spesifikasiyalara uyğun elektrik avadanlıqlarını, UPS sistemlərini və əlaqəli
komponentləri seçmək, alternativ məhsulları texniki göstəricilər baxımından qiymətləndirmək.
Tenderlər üçün elektrik və UPS sistemləri üzrə texniki tapşırıqları hazırlamaq, tender
sənədlərini, texniki spesifikasiyaları və iş həcmlərini təhlil etmək, aşkar edilmiş qeyri-müəyyənliklərlə bağlı
dəqiqləşdirici suallar hazırlamaq.
Təsdiq edilmiş layihə çertyojlarını və
texniki sənədləri sahə işçilərinə təqdim etmək, quraşdırma işlərinin həmin sənədlərə və layihə tələblərinə uyğun
yerinə yetirilməsinə texniki nəzarət etmək.
Elektrik işlərinin
keyfiyyətini, tətbiq olunan texnologiyanın və quraşdırılmış sistemlərin layihə tələblərinə uyğunluğunu
yoxlamaq.
Elektrik və UPS sistemlərinin yoxlanılması və sınaqlarının
təşkilinə nəzarət etmək, nəticələri qiymətləndirmək, texniki problemləri və uyğunsuzluqları müəyyənləşdirərək
onların aradan qaldırılması üzrə həllər hazırlamaq.
Layihə üzrə faktiki
görülmüş işlərin həcmini layihə sənədləri və BoQ ilə müqayisə etmək, fərqləri müəyyənləşdirmək və zəruri texniki
dəyişiklikləri əsaslandırmaq.
Torpaqlama və ildırımdan mühafizə
sistemlərinin layihələndirilməsini, quraşdırılmasını və müvafiq parametrlərinin ölçülməsini təmin
etmək.
UPS akkumulyator batareyalarının, avtomatik ehtiyat keçid (ATS)
qurğularının və ehtiyat enerji mənbələrinin (generatorların) elektrik sisteminə inteqrasiyasını təmin
etmək.
İzolyasiya və torpaqlama müqavimətinin, eləcə də digər elektrik
parametrlərinin ölçülməsini təşkil etmək, nəticələri sənədləşdirmək və ölçü cihazlarının saz vəziyyətdə
saxlanılmasına nəzarət etmək.
Elektrik işlərinin təhlükəsiz icrasını
təmin etmək, işçiləri təhlükəsizlik üzrə təlimatlandırmaq və elektrik təhlükəsizliyi tələblərinə riayət olunmasına
nəzarət etmək.
Layihələrin təhvil-təslim prosesində iştirak etmək, icra
sənədlərini (as-built drawings) və tələb olunan texniki sənədləri hazırlamaq.
Layihələrin gedişatı, görülmüş işlər, texniki problemlər və risklər barədə aidiyyəti
rəhbərliyə məlumat və hesabatlar təqdim etmək.
Sahə işçiləri,
təchizatçılar və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək, tapşırıqları müəyyən edilmiş
müddətlərdə icra etmək.
Namizədə dair tələblər
Elektrik mühəndisliyi, energetika, əlaqəli texniki ixtisas üzrə ali təhsil və ya
orta ixtisas təhsili.
Elektrik sistemlərinin layihələndirilməsi və
quraşdırılması, eləcə də UPS sistemləri üzrə azı 3 il praktiki iş təcrübəsi.
Elektrik təchizatı və UPS sistemlərinin iş prinsipləri, layihələndirilməsi, quraşdırılması və
texniki hesablamaları üzrə biliklər.
Elektrik sxemlərini, layihə
çertyojlarını, texniki spesifikasiyaları və istehsalçıların texniki sənədlərini oxumaq və təhlil etmək
bacarığı.
Elektrik avadanlıqları, qoruyucu aparatları, paylayıcı
panellər, kabellər və UPS sistemləri üzrə biliklər.
Tender sənədlərinin,
texniki tapşırıqların və iş həcmlərinin təhlili, BoQ və material siyahılarının hazırlanması üzrə
bacarıqlar.
Torpaqlama, ildırımdan mühafizə, avtomatik ehtiyat keçid
(ATS) və ehtiyat enerji mənbələri sistemləri üzrə biliklər.
Elektrik
təhlükəsizliyi üzrə 1000 V-dək elektrik qurğularında işləmək üçün azı IV buraxılış qrupuna malik
olmaq.
Elektrik işlərinin təhlükəsiz təşkili, ölçü cihazlarından
istifadə, sınaq nəticələrinin qiymətləndirilməsi və texniki uyğunsuzluqların aradan qaldırılması üzrə
bacarıqlar.
AutoCAD və ya analoji layihələndirmə proqramları ilə işləmək
bacarığı.
Microsoft Excel proqramında BoQ, material siyahıları və
hesablama cədvəlləri hazırlamaq, Microsoft Word və Outlook proqramlarından istifadə etmək
bacarığı.
Bitrix24 və ya analoji proqram təminatlarından istifadə
bacarığı.
ETAP, EPLAN və ya analoji elektrik hesablama və sxem
proqramları ilə işləmək bacarığı üstünlükdür.
Data mərkəzləri, server
otaqları və ya kommersiya obyektlərinin elektrik təchizatı layihələrində iş təcrübəsi
üstünlükdür.
Elektrik mühəndisliyi, enerji təchizatı və ya UPS sistemləri
üzrə əlavə təlim və sertifikatlara malik olmaq üstünlükdür.
Azərbaycan
dilini yüksək səviyyədə bilmək, ingilis dilini texniki sənədlərlə işləmək üçün bilmək, rus dili biliyi
üstünlükdür.
Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik,
müstəqil qərarvermə, işləri prioritetləşdirmək və vaxtı düzgün planlaşdırmaq bacarığı.
Komanda ilə işləmək, işgüzar kommunikasiya qurmaq və texniki problemlərin həlli üzrə təkliflər
vermək bacarığı.
Əlavə məlumat
İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
Vakansiya növü: Tam ştat.
İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya
Bünyadov prospekti 86B).
Əməkhaqqı: Namizədin bilik və
bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar
Push30 platformasından istifadə imkanı.
AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq
imkanı.
Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq
imkanı.
Peşəkar inkişaf və karyera yüksəlişi üçün
imkanlar.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
