Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Fiziki şəxs

Şəxsi ailə sürücüsü

BakıMənbə: eJob.az

Vakansiya haqqında

İş barədə məlumat:Ailə üzvlərinin təhlükəsiz və rahat daşınmasını təmin etmək. Avtomobili hər gün səhər götürmək, iş günü başa çatdıqdan sonra axşam ailənin ünvanına təhvil vermək. Avtomobili daim təmiz, səliqəli və saz vəziyyətdə saxlamaq, mütəmadi olaraq şəxsən yumaq və gündəlik qulluğunu təmin etmək. Avtomobilin texniki vəziyyətinə nəzarət etmək, nasazlıqlar barədə vaxtında məlumat vermək. Yay mövsümündə əsasən bağ evinə, qış mövsümündə isə şəhər daxilində xidmət göstərmək. Waze, Google Maps və digər naviqasiya proqramlarından sərbəst istifadə etmək. Sürücülük vəzifəsi ilə yanaşı, ailənin gündəlik tapşırıqlarını yerinə yetirmək (market və alış-veriş etmək, sənədlərin çatdırılması və götürülməsi, müxtəlif şəxsi tapşırıqların icrası, zərurət olduqda digər köməkçi işlərin görülməsi və s.). QEYD: Zənglərə baxılmır. Yalnız e-poçt və whatsapp üzərindən gələn mesajlara geri dönüş edilir. Tələblər:İş təcrübəsi : 5 ildən artıqYaş : 35 - 55Cins : KişiAilə sürücüsü vəzifəsində minimum 5 il iş təcrübəsi. Yol hərəkəti qaydalarını mükəmməl bilmək. Waze, Google Maps və digər naviqasiya proqramlarından sərbəst istifadə bacarığı. Məsuliyyətli, intizamlı, punktual, nəzakətli və dürüst olmaq. Məxfiliyə riayət etmək və ailə ilə işləmək bacarığına malik olmaq. Çevik iş rejimində işləməyə hazır olmaq. Yaşayış yeri Bakı şəhəri Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonları olan namizədlərə üstünlük veriləcək

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.