Vakansiya haqqında
İş barədə məlumat:Satış və Müştəri Əlaqələri üzrə Təcrübə Proqramı satış sahəsində praktiki bilik və bacarıqlar qazanmaq, müştərilərlə ünsiyyət qurmağı öyrənmək və peşəkar inkişafını təmin etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar müştərilərlə əlaqə saxlamaq, xidmətlərin təqdimatı, satış prosesinin idarə olunması və gündəlik hesabatların hazırlanması üzrə təcrübə əldə edəcəklər. İşə başlamazdan əvvəl təlim və peşəkar dəstək göstəriləcək, uğurlu nəticələr əsasında isə gələcək karyera imkanları yaradıla bilər.
Vəzifə öhdəlikləri:
• Potensial müştərilərlə əlaqə saxlamaq;
• Müştəri zənglərini və whatsapp müraciətlərini cavablandırmaq;
• Müştərilərə xidmətlər haqqında məlumat vermək və uyğun xidmətləri təklif etmək;
• Müştərilərin suallarını cavablandırmaq və satış prosesində iştirak etmək;
• Gündəlik zəngləri, müraciətləri və satış nəticələrini qeyd etmək;
• Görülən işlər barədə gündəlik hesabat təqdim etmək.
Biz nə təklif edirik?
• Satış və müştəri əlaqələri sahəsində praktiki təcrübə;
• İşə başlamazdan əvvəl təlim və peşəkar dəstək;
• Ünsiyyət, təqdimat və satış bacarıqlarını inkişaf etdirmək imkanı;
• Peşəkar iş mühiti;
• Fəaliyyət nəticələrinə uyğun inkişaf və karyera perspektivi.
İş yeri:Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 234
İş qrafiki: Tam ştat və yarımştat
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət: CV-nizi e-poçt ünvanına vəya telefon nömrəsinə göndərə bilərsiniz.
E-poçtun mövzu hissəsi: Satış və Müştəri Əlaqələri üzrə Təcrübəçi
Tələblər:Yaş : 18 - 35• Güclü ünsiyyət və təqdimat bacarığı;
• Səlis, aydın və düzgün nitq qabiliyyəti;
• Telefon vasitəsilə müştərilərlə sərbəst ünsiyyət qurmaq bacarığı;
• İnandırıcı danışıq və müştəri etirazları ilə işləmək bacarığı;
• Satış sahəsinə maraq və nəticəyönümlü yanaşma;
• Aktiv, təşəbbüskar və öyrənməyə həvəsli olmaq;
• Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
• Komandada işləmək bacarığı;
• Kompüter və ofis proqramlarından ilkin istifadə bacarığı.
• İş təcrübəsi tələb olunmur. Universitet tələbələri də müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
