Vakansiya haqqında
İş barədə məlumat:Səs sistemlərinin satışı və icarəsi ilə məşğul olan şirkətimizə satış təmsilçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
• Yeni müştərilərin axtarılması və cəlb edilməsi;
• Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
• Səs sistemləri və avadanlıqlarının müştərilərə təqdim edilməsi;
• Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və xidmətlərin təklif edilməsi;
• Səs sistemlərinin satışı və icarəsi üzrə kommersiya təkliflərinin hazırlanması;
• Görüşlərin keçirilməsi və satış prosesinin sonadək idarə olunması;
• Satış planlarının yerinə yetirilməsi;
• Bazar və rəqib fəaliyyətinin izlənilməsi;
• Satış nəticələri barədə rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Tələblər:İş təcrübəsi : 1 ildən 3 ilə qədərYaş : 22 - 40Cins : Kişi• Satış sahəsində iş təcrübəsi;
• Güclü ünsiyyət və təqdimat bacarığı;
• Müştərilərlə düzgün və peşəkar münasibət qurmaq bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq;
• Komanda ilə işləmək bacarığı;
• Səs sistemləri və texniki avadanlıqlar haqqında ilkin məlumatın olması üstünlükdür;
• Azərbaycan və rus dillərində əla ünsiyyət bacarığı, ingilis dilində bilməsi arzuolunandır;
• B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
