Vakansiya haqqında
İş barədə məlumat:Əsas vəzifələr
Meyvə şöbəsinin gündəlik iş prosesini təşkil etmək və əməkdaşlara nəzarət etmək.
Məhsulların keyfiyyətinə, təzəliyinə, düzgün düzülüşünə və qiymət etiketlərinə nəzarət etmək.
Məhsul qəbulunu, stok vəziyyətini və sifariş ehtiyaclarını izləmək.
Şöbədə təmizlik, səliqə, sanitar qaydalar və iş intizamını təmin etmək.
Satışın artırılması, məhsul itkisinin azaldılması və müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək.
Tələblər:Təhsil : Ortaİş təcrübəsi : 3 ildən 5 ilə qədərYaş : 25 - 45Cins : KişiMeyvə-tərəvəz sahəsində rəhbər vəzifəsində təcrübə;
Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı.
Məhsulların keyfiyyətini və təzəliyini düzgün qiymətləndirmək bacarığı.
Məsuliyyətli, diqqətli, operativ və intizamlı olmaq.
Müştərilərlə düzgün ünsiyyət qurmaq və problem həll etmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
