Vakansiya haqqında
İş barədə məlumat:- Müəssisənin mühasibat və vergi uçotunun qanunvericiliyə uyğun təşkil edilməsi və aparılması;
- Maliyyə hesabatlarının, vergi bəyannamələrinin və digər hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Vergi Məcəlləsinin və mühasibat uçotu üzrə qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edilməsi;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması;
- Bank əməliyyatları, kassa əməliyyatları, debitor və kreditor borclarının uçotunun aparılması;
- Mal-material ehtiyatlarının, əsas vəsaitlərin və digər aktivlərin uçotuna nəzarət edilməsi;
- Müəssisənin maliyyə vəziyyətinin təhlili və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsinin və arxivləşdirilməsinin təmin olunması;
- Vergi orqanları, banklar, auditorlar və digər müvafiq qurumlarla işlərin həyata keçirilməsi;
- Mühasibatlıq sahəsində iş proseslərinin təşkili və nəzarətdə saxlanılması.
Tələblər:Təhsil : Aliİş təcrübəsi : 1 ildən 3 ilə qədərYaş : 25 - 45- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Baş mühasib vəzifəsində iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibat uçotu qaydalarını yaxşı bilmək;
- Vergi bəyannamələrinin və maliyyə hesabatlarının hazırlanması üzrə bilik və təcrübə;
- 1C mühasibat proqramı və MS Excel ilə işləmək bacarığı;
- Elektron vergi sistemləri və elektron sənəd dövriyyəsi üzrə biliklər;
- Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və təşkilatçılıq bacarığı;
- Komandada işləmək və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
İş şəraiti:
- İş yeri: Ağdaş rayonu, Reform Group MMC;
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
- İş qrafiki: Müsahibə zamanı ətraflı məlumat veriləcək;
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
