Vakansiya haqqında
İş barədə məlumat:İdxal və ixrac əməliyyatları üzrə gömrük sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemə daxil edilməsi;
Gömrük orqanları ilə müvafiq yazışmaların və işgüzar əlaqələrin həyata keçirilməsi;
İdxal olunan mallara aid invoys, qablaşdırma vərəqi, nəqliyyat sənədləri və digər sənədlərin yoxlanılması;
Gömrük qanunvericiliyinin tələblərinə uyğun sənədləşmə işlərinin aparılması;
Gömrük rəsmiləşdirilməsi prosesinin vaxtında və düzgün icrasına nəzarət edilməsi.
Tələblər:Təhsil : Aliİş təcrübəsi : 1 ildən 3 ilə qədərYaş : 25 - 45Deklarant və ya gömrük rəsmiləşdirilməsi sahəsində iş təcrübəsi;
Gömrük qanunvericiliyi və idxal-ixrac prosedurları barədə biliklər;
MS Office proqramları ilə işləmək bacarığı;
Sənədlərlə dəqiq və məsuliyyətli işləmək bacarığı;
Ünsiyyət qurmaq, komanda ilə işləmək və operativ qərar vermək bacarığı. İş yeri: Ağdaş rayonu, Reform Group MMC;
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
İş qrafiki: Müsahibə zamanı ətraflı məlumat veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
