Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün
Birləşmiş emalatxana və istehsalat xidmətinin Reklam işinin təşkili və
quraşdırılması sahəsinə təcrübəli və məsuliyyətli dülgər axtarırıq!
Namizəd taxta və digər materiallardan konstrukasiyaların
hazırlanması, montajıŞ təmir və texniki xidmət işlərini yerinə yetirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Reklam
qurğularının (lövhələr, stendlər, çərçivələr, karkaslar) taxta və analoji
materiallardan olan hissələrinin hazırlanması, yığılması və montajı; Ağac,
MDF, kontrplak (fayner) və plastik materialların ölçülərə uyğun kəsilməsi,
yonulması və emal edilməsi;
Texniki
çizgi, ölçü və sxemlərə uyğun olaraq dülgərlik işlərinin yerinə yetirilməsi;
Əl alətləri
və dülgərlik avadanlıqlarının (lobzik, frez, matqab və s.) vaxtında
diaqnostikası, düzgün istismarı və təmizliyi;
Texniki
təhlükəsizlik qaydalarına ciddi riayət olunması və iş yerində intizamın
qorunması;
Zədələnmiş
taxta və reklam konstruksiyalarının bərpası, profilaktik baxışın keçirilməsi
və nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmək.
Namizədlərdən tələblərimiz
Orta
ixtisas və ya peşə təhsili (Elektrotexnika və ya əlaqəli sahə üzrə);
Dülgər
kimi minimum 1–2 il iş təcrübəsi);
Texniki
çertyoj və eskizləri oxumaq bacarığı;
Müxtəlif
dülgər əl alətləri və dezgah/elektrik kəsim alətləri ilə işləmək bacarığı;
Komanda
ilə işləmək bacarığı;
Təhlükəsizlik
qaydalarına ciddi riayət etmək bacarığı;
Məsuliyyətli
və intizamlı olmaq;
Operativ
və çevik olmaq.
Metropoliten Sizə nə təklif edir?
Sabit
və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən
ödənişsiz istifadə imkanı;
Güzəştli
nahar təminatı;
“Metropolitan
Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər
sanatoriyalarda güzəştli istirahət imkan;
Psixoloji
dəstək xidməti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
