Vakansiya haqqında
Vəzifənin məqsədi
Newcond-un təmsil etdiyi AUX, Mitsubishi Electric və HANN brendləri üzrə rəqəmsal reklam fəaliyyətlərini idarə etmək, potensial müştəri müraciətlərini artırmaq, marketinq investisiyalarının səmərəliliyini ölçmək və rəqəmsal kanalların satış nəticələrinə verdiyi töhfəni gücləndirmək.
Vəzifə öhdəlikləri
Performance marketinq üzrə Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasını hazırlamaq, icra etmək, idarə etmək və optimallaşdırmaq.
Dilerlər, elektronika şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərini, ortaq kampaniyaları və ko-branding layihələrini əlaqələndirmək və idarə etmək.
Aylıq və rüblük rəqəmsal reklam büdcəsini planlaşdırmaq, xərcləri bölüşdürmək, kanallar üzrə optimizasiya aparmaq və nəticəliliyi izləmək.
Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və iri satış kampaniyaları zamanı əlavə resurs və vaxt ayıraraq rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında aktivləşdirilməsini təmin etmək.
GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarını qurmaq, həmçinin Google Search Console vasitəsilə SEO nəticələrini izləmək.
CTR, CPC, CPL, CPA, ROAS və digər əsas göstəriciləri gündəlik və aylıq əsasda izləmək, rəqabətli mühitdə Google Ads Auction Insights təhlili aparmaq, veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə malik olmaq.
Hədəf auditoriyaları seqmentləşdirmək, remarketing və retargeting kampaniyalarını təşkil etmək, bazar tendensiyalarını təhlil etmək.
Kontent komandası üçün reklam yönümlü brief-lər hazırlamaq, veb-sayt və landing page optimizasiyası üzrə tövsiyələr vermək.
Aylıq rəqəmsal marketinq hesabatlarını hazırlamaq və büdcə effektivliyinin artırılması üçün təkliflər təqdim etmək.
Namizədə tələblər
Rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi, müstəqil qərar vermək və büdcə idarə etmək bacarığı.
Meta Ads Manager və Google Ads platformalarında sərbəst və peşəkar işləmək təcrübəsi.
B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərini idarə etmək təcrübəsi.
GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərin praktiki biliklər.
Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə təhlili.
Birdən çox layihəni paralel idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik iş rejiminə uyğunlaşma.
Analitik düşüncə, detallara diqqət və nəticəyə yönümlü yanaşma.
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq səviyyəsində İngilis dili biliyi.
E-commerce və B2B lead generation layihələrində iş təcrübəsi; klimatik avadanlıqlar və ya texniki məhsullar sahəsində təcrübə üstünlükdür.
SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.
Biz nə təklif edirik?
Real və genişmiqyaslı beynəlxalq brendlərlə B2B/B2C layihələr üzərində işləmək imkanı.
Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
Görülən işin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək imkanı.
Korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Əyləncəli mühitdə team building tədbirləri.
Əmək şəraiti
5 günlük iş rejimi.
İstirahət günləri: Şənbə və Bazar.
Vəzifə üzrə əmək haqqı: 1800-2000 AZN.
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza).
CV-nizi və portfolionuzu Digital Marketing Specialist başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
