Vakansiya haqqında
Gömrük əməliyyatları və sənədləşmə sahəsində təcrübəsi olan, məsuliyyətli və peşəkar
Deklarant axtarılır.
İş yeri: Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II
Əmək haqqı: 1100-1300 AZN
Əsas vəzifə öhdəlikləri:
İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron
qaydada rəsmiləşdirilməsi;
Qısa idxal və tranzit gömrük bəyannamələrinin
tərtib edilməsi;
Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin
hazırlanması;
Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarında bəyan
edilməsi;
İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları
üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
Müştərilərdən daxil
olan sorğuların cavablandırılması və müvafiq qaydada yönləndirilməsi;
Sorğuların aidiyyəti struktur bölmələri və əməkdaşlarla koordinasiyası;
Gömrük sənədlərinin düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət
edilməsi.
Namizədə dair tələblər:
Ali və ya peşə-ixtisas təhsili;
Müvafiq
sahədə minimum 2 il iş təcrübəsi;
Gömrük orqanları və gömrük sənədləşməsi
sahəsində təcrübə üstünlükdür;
Azərbaycan dilini mükəmməl bilmək, rus və
ingilis dili bilikləri arzuolunandır;
MS Word, Excel və Outlook
proqramları ilə işləmək bacarığı.
Peşəkar və şəxsi bacarıqlar:
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə
biliklər;
Beynəlxalq tranzit prosedurları üzrə bilik və
təcrübə;
Güclü kommunikasiya və koordinasiya
bacarıqları;
Diqqətlilik, dəqiqlik və sənədlərlə işləmək
bacarığı;
Məsuliyyətlilik, operativlik və komandada işləmək
bacarığı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
