Vakansiya haqqında
Gömrük əməliyyatları və sənədləşmə sahəsində təcrübəsi olan, məsuliyyətli və peşəkar Deklarant axtarılır.
İş yeri: Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II
Əmək haqqı: 1100-1300 AZN
Əsas vəzifə öhdəlikləri:
İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron qaydada rəsmiləşdirilməsi;
Qısa idxal və tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin hazırlanması;
Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarında bəyan edilməsi;
İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
Müştərilərdən daxil olan sorğuların cavablandırılması və müvafiq qaydada yönləndirilməsi;
Sorğuların aidiyyəti struktur bölmələri və əməkdaşlarla koordinasiyası;
Gömrük sənədlərinin düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət edilməsi.
Namizədə dair tələblər:
Ali və ya peşə-ixtisas təhsili;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Gömrük orqanları və gömrük sənədləşməsi sahəsində təcrübə üstünlükdür;
Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili bilikləri arzuolunandır;
MS Word, Excel və Outlook proqramları ilə işləmək bacarığı.
Peşəkar və şəxsi bacarıqlar:
Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər;
Beynəlxalq tranzit prosedurları üzrə bilik və təcrübə;
Güclü kommunikasiya və koordinasiya bacarıqları;
Diqqətlilik, dəqiqlik və sənədlərlə işləmək bacarığı;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
